
İngiltərənin “Liverpul” klubu PSJ-nin fransalı futbolçusu Bredli Barkolanın transferi ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mersisayd təmsilçisi 23 yaşlı cinah oyunçusunun keçidi üçün Paris klubuna 125 milyon avro ödəyəcək.Müqavilədə daha 20 milyon avro bonus nəzərdə tutulub və bu əlavələrin aktivləşməsi asan olacaq.
Barkolanın yaxın 24 saat ərzində tibbi müayinədən keçəcəyi və “Liverpul”la 5 illik müqavilə imzalayacağı gözlənilir.
Fransalı futbolçu PSJ-nin heyətində 152 matça çıxıb. O, bu görüşlərdə 39 qola imza atıb və 37 məhsuldar ötürmə edib.
Vinger Paris təmsilçisi ilə iki dəfə UEFA Çempionlar Liqasının, üç dəfə isə Fransa çempionatının qalibi olub.
Əlisahib İbrahimli