
"Yuventus" unun yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, italiyalı futbolçunun yeni klubu "Beşiktaş"dır.
Məlumatı Turin klubunun mətbuat xidməti yayıb. Tərəflər gələn il iyun ayının sonuna qədər müddətə icarə müqaviləsi imzalayıblar. Anlaşma "Beşiktaş"a iki milyon avroya başa gələcək. Müqavilədə Mirettini yayda 13 milyon avroya almaq seçimi də var.
"Qoca Sinyora"nın akademiyasının yetirməsi olan Miretti "Yuventus"un əsas komandasında 86 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.