
Türkiyə 1-ci Liqasının 4-cü turu çərçivəsində Azərbaycan milli komandasının üzvü Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor" səfərdə lider "Kayserispor"un qonağı olub.
Fanat.Az xəbər verir ki, ilk hissəni 0:1 hesabı ilə geridə bağlayan "timsahlar" ikinci yarıda əzmkar oyun nümayiş etdirərək 2:1 hesablı vacib qələbəyə imza atıblar.
Azərbaycanlı müdafiəçi Toral Bayramov matçın start heyətində yer almayıb və 90 dəqiqəni ehtiyat oyunçular skamyasında tamamlayıb.
Bu nəticədən sonra xallarını 9-a yüksəldən "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, eyni xala malik "Kayserispor" isə top fərqinə görə liderliyini qoruyub.
Kamil Xudiyev