
“Real Madrid”in baş məşqçisi Joze Mourinyu “Qızıl top” mükafatına klubunun bir neçə futbolçusunun layiq olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssis mükafatın komanda uğurlarından daha çox fərdi göstəricilərə əsasən verilməli olduğunu bildirib:
“Qızıl top” dünyanın ən yaxşı futbolçusuna təqdim edilməlidir. Bunun üçün həmin oyunçunun mütləq ispaniyalı və ya PSJ-nin üzvü olması vacib deyil. Mükafat dünyanın ən yaxşı üç-dörd futbolçusundan birinə verilməlidir və onlar hazırda buradadır. Lakin “Qızıl top” seçimində siyasi amillər də rol oynayır. Mən isə siyasətin bu məsələyə qarışmasını istəmirəm”.
Mourinyonun açıqlamasında isə “Real Madrid”dən xüsusilə Kilian Mbappenin namizədliyinə işarə etdiyi bildirilir.
Qeyd edək ki, “Qızıl top”un son qalibi PSJ-nin hücumçusu Usman Dembeledir.
Əlisahib İbrahimli