
Polşa Ekstraklasasının 6-cı turunda Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Yagelloniya”nı qəbul edib.
Fanat.Az xəbər verir ki, qarşılaşmada hesabı 23-cü dəqiqədə Mahir Emreli açıb.
Lakin “Rakuv” üstünlüyü əldən verərək rəqibinə 2:5 hesabı ilə uduzub.
Bu nəticə ilə komanda keçirdiyi 4 oyunda xal toplaya bilməyib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.