
"Qalatasaray" "Portu"nun hücumçusunu heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İsatnbul nəhəngi Deniz Gülü rənglərinə bağlamaq istəyir.
İnformasiyanı insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "sarı-qırmızılar" 11 milyon avro ödəyərək, ön xətt oyunçusunu komandaya cəlb edəcək.
22 yaşlı forvard da "Qalatasaray"a gəlməyə maraq göstərir. Belə ki, təkliflər içərisində "cim-bom"u ön sıraya qoyub.
Deniz ötən mövsüm portuqaliya klubunun heyətində 44 matça çıxaraq, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2024-cü ildən "Portu"nun şərəfini qoruyur. Həmçinin ulduz forvard Türkiyə millisinin heyətində ümumilikdə 7 dəfə meydanda olub və 1 dəfə fərqlənib.
Əlisahib İbrahimli