
"Fənərbağça" dünən Türkiyə Super Liqasının 3-cü turunda səfərdə "Samsunspor"u 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra Arçi Braun "beIN SPORTS"a fikirlərini bildirib.
Onun açıqlaması belədir:
"Təəssüf ki, qola yaxın olmaq kifayət etmir. Ümid edirəm ki, növbəti matçda fərlqənə bilərəm, amma ümumilikdə, bunun bizim üçün müsbət oyun olduğunu deyərdim. Yüksək templi və güclü bir başlanğıc etdik, matç boyu da bu üstünlüyü qoruyub saxladıq. Düşünürəm ki, hesab hətta 4:0 və ya 5:0 da ola bilərdi. Əldə etdiyimiz nəticədən məmnunam. "Beşiktaş" azarkeşlərinə mesajım budur: Kadıköyə xoş gəlmisiniz. Ümid edirəm ki, onlar hazırdırlar".
Əlisahib İbrahimli