
Transfer pəncərəsinin son günündə "Yuventus" "Tottenhem"dən Pap Matar Sarrı transfer edib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, seneqallı oyunçu transfer hüququ ilə icarə əsasında Turinə köçməyə razılıq verib. Müəyyən şərtlər yerinə yetirildikdən sonra transfer məcburi olacaq. Şərtlərin yerinə yetirilməsi üçün "Yuventus" Çempionlar Liqasına vəsiqə qazanmalı və Sarr komandanın oyunlarının ən azı 50 faizində meydana çıxmalıdır.
Müqavilənin ümumi dəyəri 30 milyon avrodur. Oyunçunun müqaviləsinin müddəti 2031-ci ilə qədər (1+4 il) nəzərdə tutulub.
Sarrın "Yuventus"a keçidi Frank Kessie ilə müqavilənin pozulmasından sonra baş tutub.
Mirağa