
“Qəbələ” baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub Kaxaber Tsxadadzeyə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Tsxadadze ilə yanaşı, onun köməkçisi Georgi Çixradze ilə də yollar ayrılıb.