
Elgiz Kərəmli "Sabahın Ulduzları" yarışını izləyib.
Fanat.Az xəbər verir ki, futbol üzrə Azərbaycan U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.
O, BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə "Sabahın Ulduzları" turnirinə baxıb. Daha sonra onlar yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.