
“Aston Villa”nın hücumçusu Olli Uotkins karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl-Hilal”a keçib.
İnformasiyanı klubun mətbuat xidməti yayıb. Lakin anlaşmanın detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2020-ci ildən “Aston Villa”nın şərəfini qoruyur. O, İngiltərə təmsilçisində 221 oyunda 91 qol vurub.