
“Arsenal”ın gənc futbolçusu İtan Nvaneri karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
19 yaşlı yarımmüdafiəçi “Borussiya Dortmund”a mövsümün sonuna qədər icarəyə verilib.
Tərəflər arasında razılaşmaya əsasən, Almaniya klubu futbolçunun maaşını tam şəkildə ödəyəcək. Müqavilədə Nvanerinin transfer hüquqlarının satın alınması ilə bağlı bəndin yer almadığı bildirilir. Razılaşmanın ümumi dəyərinin təxminən 5 milyon avrodur.
Nvaneri “Arsenal”ın yetirməsidir. O, London klubunun əsas komandasında 51 oyuna çıxıb və 10 qol vurub.
Nvaneri 2022-ci ildə cəmi 15 yaşında İngiltərə Premyer Liqasında meydana çıxaraq turnirin tarixində ən gənc futbolçu kimi rekord müəyyənləşdirib.
Əlisahib İbrahimli