20:04 01.09.2026 35

"Çempionluq uğrunda "Qarabağ"la "Sabah"ın mübarizə aparacağı açıq-aşkar görünür" - Aslan Kərimov

Dünən Misli Premyer Liqasında 3-ci tura yekun vuruldu.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb liqadan və komandalardan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ən azından çempionatın üçdə bir hissəsi keçməlidir ki, biz kimin autsayder, kimin ilk üçlükdə ola biləcəyini müəyyən edə bilək. Çünki üç tur hələ heç bir şey demək deyil. Misal olaraq götürəsi olsaq, üç tura "Zirə" yüz faizlik nəticə əldə edib. Üç oyundan üç qələbəsi var. Amma bəzi komandaların da oyun əskiklikləri var. İlk üçlüyə kimin girəcəyini demək çətindir. Amma çempionluq uğrunda "Qarabağ"la "Sabah"ın mübarizə aparacağı açıq-aşkar görünür. Digər komandalarda ilk üç turda bir az boşluqlar olduğu görünür. "Neftçi"nin "Zirə"yə qalib gələ bilməməsi çempionluq uğrunda mübarizədə ciddi xal itkisidir. O cümlədən "Turan Tovuz"un "Kəpəz"ə qalib gəlməməsi Tovuzun çempionluq iddiasına görə bu da ciddi məğlubiyyətdir. Bütün bunları nəzərə alası olsaq, ilk iki yeri "Qarabağ"la "Sabah"ın öz aralarında böləcəkləri görünür. Yenə də "Zirə" yüz faizli nəticə əldə etsə də, maliyyə imkanları, oyunçu keyfiyyəti "köhlənlər" və "bayquşlar"a nəzərən o qədər də böyük potensialları yoxdur ki, birinci yer uğrunda yüzdə yüz mübarizə aparsınlar. Ola bilər, hansısa bir oyunda ya Ağdam təmsilçisinə, ya da Sabaha qalib gələ bilərlər, amma çempionat boyu bu tempi saxlamaq onlar üçün asan olmayacaq. Mənə elə gəlir ki, üçüncü yeri bəlkə "Neftçi", "Turan Tovuz" geri dönüş edə bilsin və "Zirə" ilə birlikdə bu komandalar üçüncü yer uğrunda amansız mübarizə aparacaqlar. Autsayderlər isə axara baxası olsaq, istənilən komanda rəqibinə qalib gəlməyi bacarır. Bu baxımdan kimin sonuncu olacağını ilk üç turdan sonra demək çox çətindir. İstər "Araz-Naxçıvan", istərsə "Sumqayıt", istərsə də "İmişli", "Şəfa", "Kəpəz", bu komandalar ortalama olaraq götürəsi olsaq, hələki eyni səviyyədədirlər".

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Sentyabr 2026
20:04

"Çempionluq uğrunda "Qarabağ"la "Sabah"ın mübarizə aparacağı açıq-aşkar görünür" - Aslan Kərimov

19:34

Puxaçdan nümunəvi addım

19:13

"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub

18:42

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

17:50

Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görüldü

17:33

Rakif Əliyev: "Mingəçevir"lə oyuna maksimum nəticə qazanmaq üçün gedirik"

17:16

Samir Ələkbərov: "Məqsədimiz qələbə olacaq, amma 1 xal da götürsək, min şükür"

16:57

Ramiz Məmmədov: "Karvan" "Baku Sportinq"lə oyuna 80-90 faiz hazırdır"

16:36

"Sabah"ın oyunçusu "Xankəndi"yə transfer olundu

16:17

"Rubin"in Messinin oynadığı dönəmdə"Barselona"ya qalib gəldiyini unutmayaq" - Ağasəlim Mircavadov

15:58

Üç tura təyinat alan referilərin sayı 12-yə çatdı, 3-ü şans gözləyir - Hakimliyin mənzərəsi

15:39

"Neftçi"nin güclü komanda olduğunu bilirik, amma..." - Andrey Draqu

15:20

"Neftçi" ilə matçda qələbəyə daha layiq idik" - Ayxan Hüseynov "Sabah"la oyundan nə gözləyir?

15:02

"Yuventus" yeni hücumçu ilə razılığa gəldi

14:43

Son 10 mövsümün antirekordu yaşandı

14:28

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

14:10

Deniz Gül "Qalatasaray"da - RƏSMİ

13:51

AÇ-2026: Azərbaycan millisi Türkiyə ilə 1/8 final oyununa çıxır

13:32

Mudrik digər İngiltərə klubuna keçir

13:14

"Rəhbərliyin qarşıya qoyduğu hədəf bir yana, özüm də məşqçi kimi buna nail olmaq istəyirəm"

12:55

"Borussiya Dortmund" "Arsenal"ın yarımmüdafiəçisini aldı

12:36

"Mançester Siti" Ndiayeni gətirir

12:17

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

11:58

"Gəncəbasar" 23 yaşlı yarımmüdafiəçini transfer etdi

11:40

Salahın adı yaşadığı küçəyə veriləcək

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Fənərbağça" Can Uzunu rənglərinə bağlamaq istəyir

10:49

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Sabahın Ulduzları": "Qarabağ"la "Sabah"ın duelində qalib müəyyənləşmədi

10:09

İkinci Liqada mövsüm start götürür

09:48

Zamiq oynadı, komandası...

09:25

Kənan Yıldız əməliyyat olundu

09:00

Benzema klubsuz qaldı

02:23

"Real Madrid" daha bir ulduzu heyətinə qatır

01:44

La Liqa: "Barselona" "Rayo Valekano"nu əliboş yola saldı

01:33

Premyer Liqa: "Arsenal"dan çətin qələbə

01:20

A Seriyası: "Roma" darmadağına sevindi

00:54

"Qalatasaray"da şok ayrılıq

31 Avqust 2026
23:49

Qurban Qurbanov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

23:25

Filipe Kandidu "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X