
Həftəsonu Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Şamaxı"nı qəbul edəcək "Kəpəz" oyuna hazırdır.
Gəncə təmsilçisinin yeni sözçüsü Aqşin Əliyevin Fanat.Az-a verdiyi məlumata görə, "sarı-göylər"in heyətində itki yoxdur.
Xatırladaq ki, "Kəpəz" - "Şamaxı" qarşılaşması sentyabrın 4-də keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq görüşün start fiti 20:15-də səsləndiriləcək.
Əvvəlki üç turda 2 oyuna çıxan qərb təmsilçisinin 3 xalı varsa, "Şamaxı" 3 matçda 2 əldə edib.
Mirağa