
Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz" doğma meydanda "Şamaxı"nı qonaq edəcək.
Fanat.Az xəbər verir ki, Gəncədə keçiriləcək matça böyük maraq var.
Belə ki, klubun mətbuat xidmətinin verdiyi məlumata görə, ilk gündə artıq 4000-dən çox bilet satılıb.
Xatırladaq ki, "Kəpəz" - "Şamaxı" qarşılaşması sentyabrın 4-də keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq görüşün start fiti 20:15-də səsləndiriləcək. Əvvəlki üç turda 2 oyuna çıxan qərb təmsilçisinin 3 xalı varsa, "Şamaxı" 3 matçda 2 xal əldə edib.
Əlisahib İbrahimli