
Polşa Ekstraklasasının 5-ci turunda Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Qornik Zabrze”yə 1:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu qarşılaşmaya start heyətində başlayıb və 79-cu dəqiqədə komandasının yeganə qolunu vurub.
Emreli görüşü əvəzlənmədən tamamlayıb.
Bu məğlubiyyətdən sonra “Rakuv” 5 turdan sonra xalsız qalıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.