
Braziliyalı yarımmüdafiəçi Anderson Talişka Türkiyənin "Fənərbağça" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, ayrılıq elanını klubun rəsmi saytı yayıb.
32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Fevral ayında futbolçunun müqaviləsinin müddəti 2028-ci ilə qədər uzadılmışdı.
Talişka 2025-ci ildən İstanbul nəhəngində oynayırdı. O, bu komandada 80 oyun keçirib, 37 qol vurub və 14 məhsuldar ötürmə edib.
Talişka "Fənərbağça" dan başqa, "Benfika", "Əl-Nəsr", "Bahia", "Beşiktaş" və "Quançjou Everqrand" kimi klublarda da forma geyib .
"Transfermarkt" onun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Mirağa