
İngiltərə millisinin sabiq hücumçusu Ceymi Vardi yenidən Premyer Liqada çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Talksport" yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı forvard "Everton"un maraq dairəsindədir. Premyer Liqa klubu, Folarin Balogunun "Monako"dan transferi uğursuzluğa düçar olduqdan sonra hücum xəttini gücləndirmək üçün azad agent bazarında variantları araşdırır.
Vardi "Kremoneze"dən ayrıldıqdan sonra komandasız qalıb.
O, ötən mövsüm A Seriyasında 29 oyunda 7 qol vurub. Təcrübəli hücumçu Premyer Liqada "Lester"in heyətində 342 oyunda 145 qol vurub və 50 məhsuldar ötürmə edib.
Mirağa