
"Zirə"nin heyətinə qatdığı braziliyalı yarımmüdafiəçi Talisson Moreyra Reys (Ktatau) üçün qarşı tərəfə ödənilən tazminat məbləği bəlli olub.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi bu keçid üçün "Şaves"ə 100-150 min avro arası tazminat ödəyib.
Xatırladaq ki, "qartallar" 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzaladıqlarını dünən rəsmən açıqlayıb.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi son mövsümü məhz Portuqaliya təmsilçisinin heyətində keçirib.
Kamil Xudiyev