
Almaniya giqantı “Bayern Münhen” “Liverpul”un 17 yaşlı hücumçusu Rio Nqumoa ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Məlumata görə, Münhen klubu gənc futbolçunun vəziyyətini izləyir.
“Liverpul” isə Nqumoanı satmaq niyyətində deyil. Klubun futbolçuya böyük ümidlər bəslədiyi və onu gələcək layihəsinin vacib hissələrindən biri hesab etdiyi bildirilir.
Əlisahib İbrahimli