15:07 05.09.2026 111

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

“Sabah” futbol klubu (FK) Azərbaycanda uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manat yatırım edir.

Fanat.Az xəbər verir ki, bu barədə “Sabah” klubu açıqlama yayıb.

Xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

“Cənab Prezident İlham Əliyevin klubumuza və Azərbaycan futboluna göstərdiyi diqqət və etimad bizi bu dəstəyin yaratdığı imkanı daha böyük və uzunmüddətli məqsədə yönəltmək barədə düşünməyə sövq etdi. Biz istəyirik ki, bu tarixi uğur və göstərilən dəstək təkcə bugünkü “Sabah”a deyil, Azərbaycan futbolunun gələcəyinə də xidmət etsin.

Məhz buna görə “Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun davamlı inkişafına yönəltmək və “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaratmaq qərarına gəlib”, - deyə müraciətdə qeyd edilib.

Beləliklə, proqramın ilkin kapitalının 5 milyon manat Prezident İlham Əliyevin dəstəyi + 5 milyon manat “Sabah”ın vəsaiti = 10 milyon manat prinsipi əsasında formalaşdırılması nəzərdə tutulur.

Klubun müraciətində bildirilib ki, fondun əsas prinsipi həmin 10 milyon manatı xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunaraq gəlir yaradacaq.

Bu il UEFA ÇL-da keçirilən oyunlara bilet satışından əldə edilən məbləğlərin müəyyən hissəsi də həmin proqrama yönəldiləcək.

Beləliklə, ilkin kapital gələcək gənc futbolçuların inkişafına uzun illər xidmət edən daimi maliyyə mənbəyinə çevriləcək.

Klubun məqsədi bir mövsümün tarixi uğurunu gələcək nəsilləri təmsil edən futbolçularını yetişdirmək, ölkədə və gələcəkdə regionumuzda aparıcı futbol akademiyasını formalaşdırmaq, Prezident İlham Əliyevin futbolumuza və klubumuza olan diqqəti əbədiləşdirmək üçün uzunmüddətli imkanlara çevirməkdir.

“Sabah Football Academy Future Talents” proqramının əsas məqsədi uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir.

Klub bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılmasına xüsusi önəm verir.

Layihə futbol infrastrukturunun təkmilləşdirilməsinə, istedadlı uşaqların aşkarlanmasına və peşəkar hazırlığına, müasir məşq metodlarının tətbiqinə, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Klub ölkə üzrə istedadların aşkarlanması sistemini daha da genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək, Akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur.

“Sabah” FK bu təşəbbüsə “Bünövrə Tərəfdaşı” formatında qoşulmaq üçün ölkəmizin şirkətlərinə və beynəlxalq tərəfdaşlara imkan yaradacaq və maraqlı tərəfləri bu təşəbbüsü nəzərdən keçirməyə dəvət edir.

“Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri ilə bağlı ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək.

“Bu, Azərbaycan futbolunun inkişafı naminə atılan daha bir addımdır”, - deyə klubun futbolsevərlərə müraciətində vurğulanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç qaçırdacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

18:24

Azərbaycanın U-17 qızlar millisi Bakıda toplanışa başlayıb

17:46

Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

17:29

Azərbaycan cüdoçuları AÇ-nin ikinci günündə medal qazana bilmədilər

17:08

"Eyforiyaya qapılmaq niyyətində deyilik" - "Xankəndi"nin baş məşqçisi

16:50

Sürprizlərlə başlayan çempionat və ya "Ağstafa Gəncləri" nə "deyir"?

16:32

"Liverpul" gənc fransalı ilə müqavilə bağladığını açıqladı

16:14

"Neftçi"dən ayrılan bosniyalının yeni klubu bilindi

15:55

"Real Madrid" fransalı ulduza ÇL-də ehtiyac duymadı

15:32

Robinyonun oğlu A Seriyasında - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X