
Lionel Messi Argentina millisində karyerasını başa vurduğunu dilə gətirəndən sonra ilk dəfə klubunun forması ilə meydana çıxıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz “İnter Mayami”nin “Atlanta Yunayted”lə 2:2 hesablı heç-heçə etdiyi matçda iştirak edib.
Messi görüşün 32-ci dəqiqəsində künc zərbəsindən sonra Kazemironun qolunda məhsuldar ötürmə sahibi olub.
39 yaşlı futbolçu MLS-in bombardirlər siyahısında 18 qolla liderliyi bölüşür.
Əfsanəvi ulduz 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, ümumilikdə, 112 matça çıxaraq, 98 dəfə fərqlənib və 54 asist edib.
Əlisahib İbrahimli