
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2026-cı ildə keçirilən futbol üzrə dünya çempionatı ölkə iqtisadiyyatına 18 milyard dollardan artıq gəlir gətirib və 160 mindən çox insanın işlə təmin olunmasına şərait yaradıb.
Fanat.Az xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ liderinin sözlərinə görə, FIFA Dünya Çempionatının keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı 18 milyard dollardan çox gəlir əldə edib. Eyni zamanda, turnir 160 mindən artıq insan üçün məşğulluq imkanları yaradıb.
Qeyd edək ki, DÇ-2026-nın final qarşılaşmasında İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Əlisahib İbrahimli