
Polşa çempionatında çıxış edən Mahir Emreli uğursuz göstərici ilə yerli mətbuatın diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Ekstraklasada 21-ci oyununu keçirib. Bu matçların yalnız 3-də qələbə sevinci yaşayan Emreli 18 qarşılaşmada meydanı məğlubiyyətlə tərk edib.
"Legiya"nın şərəfini qoruduğu dönəmdən başlayan bu uğursuzluq seriyası hazırda "Rakuv"da eynilə davam edir. Mahir "Rakuv" formasında çıxdığı 6 matçın ("Qornik Zabje", "Yagelloniya", "Krakoviya", "Slonsk Vrotslav", "Visla Plotsk" və "Lex Poznan") hamısında məğlubiyyət acısı yaşayıb.
"Legiya"da isə şans qazandığı 15 qarşılaşmanın 12-də uduzub, yalnız "Yagelloniya", "Qornik Lençna" və "Varta Poznan"la görüşlərdə qələbə qazanıb.
Polşa idman mətbuatı bu göstəricini təqdim edərək Ekstraklasanın Mahir Emreli üçün uyğun liqa olmadığını vurğulayıb.
Kamil Xudiyev