13:48 07.09.2026 178

"Çempionatımızda 5 qol vurmaq asan məsələ deyil" - Aslan Kərimov

Dünən Misli Premyer Liqasının 4-cü turuna yekun vurulub.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb liqadan və komandalardan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Məncə, sürpriz bir şeylə qarşılaşmadıq. Liderlərdən başlayası olsaq, "Sabah" qələbə qazandı. Turun ən baxımlı, bəlkə də ən gözlənilən turu idi. "Zirə" və "Sabah"ın maksimum xalı var idi. "Sabah" əbəs yerə çempion olmadığını bir daha sübut etdi. Çünki "Zirə" də elə-belə komanda deyildi, yəni o müdafiəni yarmaq və 5 qol vurmaq həqiqətən də yüksək ustalıq səviyyəsi tələb edirdi ki, onlar da bunun öhdəsindən gəldilər. Düzdür, başlanğıcda bəlkə "Zirə"nin müdafiədə bəlli bir az səhvləri oldu. Böyük presinqlə qarşılaşdılar, "Sabah" bunun nəticəsində rəqib cərimə meydançasında çoxlu sayda top almağı bacardı. Velko Simiçin hücuma meylliliyi, müxtəlif vəziyyətlərdə yaxşı çıxış etməsi oyunun müqəddəratını həll etdi. Çempionatımızda 5 qol vurmaq asan məsələ deyil. Amma ümumi götürəsi olsaq, elə bu oyunda "Sabah"ın qalib gələcəyi gözlənilirdi. Bəlkə də bu oyunda onların rotasiya etməsi düşünülürdü ki, bundan sonra "Mançester Yunayted"lə qarşılaşacaq və Çempionlar Liqasında ilk oyuna çıxacaqdılar. Amma göründüyü qədəri ilə Valdas Dambrauskas cəmi iki dənə dəyişiklik etməklə matça çıxdı. Təəccüblü deyildi, ötən mövsümün çempionu zatən qələbə qazanma şansı yüksək idi. "Neftçi" də qələbə qazanmağı bacardı. Qalibiyyət çox da asan olmadı. Çünki kifayət qədər qol da buraxdı və qapısında bir qədər təhlükəli vəziyyətlər də oldu. Amma dediyim kimi, yəni bu çempionatda zatən "Neftçi"nin bu cür oyunu istər-istəməz gözləniləndir. Yəni turun əvvəlində də "Neftçi" 100 faiz çempionluq uğrunda mübarizəyə hazırdır deməyə bir az tərəddüd edirəm. Digər oyunlara gəlincə, "Qarabağ" "Araz-Naxçıvan" kimi qarşı iki qol buraxdı. İkisi də standart vəziyyətlərdən baş verdi. Onlarda da komanda oyununun hələ tam üst səviyyəyə gəlib çıxmadığı açıq-aşkar görünür. Yəni oyunçular bir-birlərini başa düşməkdə çətinlik çəkirlər. Bu da bir-birlərini başa düşməməyin sayəsində idi. Amma ustalıq səviyyələrinə görə "Araz-Naxçıvan"a qalib gələ bildilər. Ümumi götürəsi olsaq, yəni tur bol qollu oldu. "Neftçi" 4 dənə qol vurdu, 5 dəfə "Sabah" fərqləndi, "Qarabağ"ın matçı 3-2 bitdi. "Turan-Tovuz" da "Sumqayıt" qarşısında qalib gəlməyi bacardı. Lakin bu o qədər də asan olmadı. 1:0 məğlub duruma düşdükdən sonra oyunu 2:1-ə çevirməyi bacardılar. "Turan-Tovuz"un da heyət, oyun üslubu olaraq çempionluq üçün çox riskli bir görüş nümayiş etdirirlər. Ələxsus da bir az zəif komandalara qarşı həddindən artıq çox boşluqlar verirlər, yəni onlar dominant oynaya bilmirlər. Son dörd turun nəticəsindən irəli gələrəkdən, ümumi götürəsi olsaq, bu beşliyi bir tərəfdə qoyardım ki, məsələn, "Sabah", "Qarabağ", "Neftçi", "Turan-Tovuz" və "Zirə" digərlərindən açıq-aşkar bir az daha öndə görünür. Bir də qalan digər komandalar, yəni "Sumqayıt", "Kəpəz", "Şamaxı", "Şəfa", "İmişli" bir-birinə qalib gələ bilər. Hələ ki, bu komandaların arasında kiminsə bir-birindən daha üstün oyun nümayiş etdirdiyini iddia etməzdim. Zaman-zaman kimsə hansısa matçda daha yaxşı görünə bilər, lakin növbəti oyunda o qədər də yaxşı alınmır. Bu baxımdan bir-birinə çox yaxın klublardır. Ona görə də, ən azından bir neçə turdan sonra bütün bu komandalar haqqında bəlkə nəsə bir fikir formalaşdırmaq olar".

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Sentyabr 2026
14:25

"Zaqatala"nın baş məşqçisi məhsuldar heç-heçəni belə şərh etdi

14:07

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdı

13:48

"Çempionatımızda 5 qol vurmaq asan məsələ deyil" - Aslan Kərimov

13:29

"Beşiktaş"ın sabiq futbolçusu Azərbaycan klubuna keçir

13:11

Nəbiyevin də son vəziyyəti bilindi, Quliyevlə Muxtarlının da

12:53

Azərbaycanda azarkeş rekordu yeniləndi

12:36

FIFA-da gərginlik fonunda İnfantino qərarını açıqladı

12:17

Bəxtiyar Soltanovu debüt etmədən göndərdilər

11:59

"Turan Tovuz" 100-ə çatdı

11:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:25

Son 21 mövsümdə ilk yaşandı

11:08

Mikels yubiley qolunu vurdu

10:51

Leau: "Qalatasaray"da özümü evimdəki kimi hiss edirəm"

10:30

"Sabahın Ulduzları": "Qarabağ" zirvəyə şərik oldu, "Zirə" "Sabah"ı üstələdi - FOTOLAR

10:09

"Bernabeu"da oyuna nəzarət etməyi düşünmək bir qədər xəyalpərəstlikdir" - Cüzeppi Berqomi

09:48

İkinci Liqa: Tur mərkəzi oyunla start götürür

09:25

Arteta: "Ötən mövsümdəkindən daha yüksək səviyyədə çıxış etmək iqtidarındayıq"

09:00

Ronald Kumanın oğlu indiyə qədər Niderlandda heç kimin bacarmadığını reallaşdırdı

02:11

La Liqa: "Barselona"dan böyükhesablı qələbə

01:44

Liqa 1: "Renn" səfərdən 3 xalla qayıdır

01:19

A Seriyası: Turun mərkəzi matçında sülh

00:47

Bundesliqa: "Maynts" darmadağına sevindi

00:31

Premyer Liqa: "Arsenal" "Çelsi"ni məğlub etdi

06 Sentyabr 2026
23:58

"Legiya"da başlayan kabus "Rakuv"da davam edir: Mahir Emrelinin uğursuz statistikası

23:05

"Arsenal"da Mikel Arteta sürprizi

22:30

Koxalski "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov danışdı

22:22

Zaur İsmayılov "Qarabağ"la matçdan sonra nə danışdı?

22:07

MPL: "Turan Tovuz"dan əzmkar qələbə, "Qarabağ" 3 xalı 3 qolla qazandı

21:36

Azərbaycanlı futbolçudan het-trik - Komandası zirvədə

21:23

Komandası yenə məğlub oldu, Mahir isə...

21:14

"Bu gün xal və xallar qazana bilərdik" - Filipe Kandido

20:52

Kurban Berdıyev "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:18

"Mançester Yunayted"dən gənc ulduz həmləsi

19:49

"Beşiktaş" rəhbərliyindən möhtəşəm jest

19:11

"Arsenal" üç ulduzu ilə müqaviləni yeniləyir

18:43

"Bayern"dən "Real Madrid"ə böyük sədd

18:13

Benzema pulsuz oynamağa razı idi, amma...

17:42

Enrikenin qazancı açıqlandı

17:10

Enrike: "Narahatlığa ehtiyac yoxdur"

16:40

Frenki de Yonqun qayıdacağı tarix açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X