
Türkiyə 1-ci Liqasının 6-cı turunda “Bursaspor” səfərdə “Manisa”nın qonağı olub.
Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək 3 xal qazanıb. Hər iki qolu K.İheanaço vurub.
Azərbaycan millisinin futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.
25 yaşlı müdafiəçi ikinci hissənin əvvəlində meydana daxil olub. Bayramov 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bursalılar 6 turdan sonra turnir cədvəlində 15 xalla 2-ci pillədə qərarlaşıblar.