
“Real Madrid” Çempionlar Liqasının ilk turunda “İnter”lə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Madrid klubunda zədə və cəzalar səbəbindən ciddi heyət problemi yaranıb.
İnformasiyanı "The Standard" yayıb.
Ferland Mendi, Raul Asensio və Rodriqo zədə səbəbi ilə komandaya kömək edə bilməyəcək. Bernardu Silva, Arda Güler və Eduardu Kamavinqa isə cəzalıdır. Endrikin oyunda yalnız qısa müddət iştirak etməsi gözlənilir.
Buna görə də, baş məşqçi Joze Mourinyu “İnter” qarşısında əsas heyətdən 10-a qədər futbolçunun xidmətindən məhrum qala bilər.
Əlisahib İbrahimli