
İkinci Liqa təmsilçisi "Marafon"dan ayrılaraq futbolçu karyerasını başa vuran Hüseyn Axundovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, məşqçiliyə başlayan sabiq müdafiəçi 19 yaşadək futbolçulardan ibarət millidə çalışacaq.
38 yaşlı gənc mütəxəssis millinin baş məşqçisi Elgiz Kərəmlinin köməkçisi təyin olunub. Kərəmlinin digər köməkçisi Zamir Həsənovdur.
Qeyd edək ki, Hüseyn Axundov futbolçu karyerası ərzində “Bakı”, AZAL, MOİK, "Rəvan", "Şüvəlan", "Füzuli", "Baku Sportinq", "Xankəndi" kimi müxtəlif klubların heyətində forma geyinib.
Mirağa