
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası sentyabrın sonunda təlim-məşq toplanışı məqsədi ilə bir araya gələcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, U-19 əvvəlcə Qəbələdə hazırlıq keçəcək, sonra ölkə xaricinə yollanacaq.
Belə ki, Elgiz Kərəmlinin baş məşqçisi olduğu yığma 20-25 sentyabr aralığında Qəbələdə hazırlıq keçdikdən sonra Sloveniyaya gedəcək. Sözügedən ölkədə üç yoldaşlıq görüşü nəzərdə tutulub ki, rəqiblər Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İrlandiyadan olan həmyaşıdları olacaq.
Millimiz ilk oyununu 28 sentyabrda Küveytə qarşı keçirəcək.
Qeyd edək ki, "Şəfa"nı ötən mövsüm Premyer Liqaya çıxaran Elgiz Kərəmli U-19-a ötən ay baş məşqçi təyin olunub. O, bu postda Elxan Abdullayevi əvəzləyib.
Mirağa