
“Mançester Siti”nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının ilk turunda “Portu” üzərində 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Qarşılaşmada hər iki qolu vuran norveçli futbolçu səfər qələbəsinin əhəmiyyətini vurğulayıb:
“Möhtəşəm oyun idi. Portuqaliya çempionuna qarşı oynadıq. Ən böyük səhnədə nəticə göstərməliyik və biz bu gecə bunu etdik”.
Haland görüşdə vurduğu iki qolla “Mançester Siti”nin Çempionlar Liqasının yeni mövsümünə qələbə ilə başlamasında əsas rol oynayıb. Bu qollarla onun turnirdəki məhsuldarlığı 59 oyunda 59 qola çatıb.
Holand həmçinin komandanın 18 yaşlı futbolçusu Ayyub Buaddinin çıxışını yüksək qiymətləndirib, lakin zarafatla onun ikinci hissədə ona ötürmə verməməsindən narazı qaldığını bildirib:
“O, çox yaxşı oyun keçirdi. Amma ikinci hissədə mənə ötürmə verməli idi, tamamilə boş idim. Bir az əsəbiləşdim, amma ümumilikdə yaxşı oynadı”.
Əlisahib İbrahimli