
"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister Çempionlar Liqasında "Atletiko Madrid"lə qarşılaşmadan əvvəl klub rəhbərliyindən narazılığını bildirib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu yayda klubun ona yeni müqavilə təklif etməyəcəyi ilə bağlı pis xəbər aldığını təsdiqləyib.
ESPN ulduz futbolçunun dediklrini belə çatdırıb:
"Klubun mənə yeni müqavilə təklif edə bilməməsi xəbərini aldım və bu, əlbəttə ki, məni çox kədərləndirir. Hər kəs məşqlərdə və oyunlarda komanda üçün 100 faiz gücümü qoyduğumu görür. Əlbəttə ki, Dominik və Rayanın müqavilələrinin müddətinin uzadıldığını görürəm və çox sevinirəm. Çünki onlar buna layiqdirlər. Amma eyni zamanda öz müqaviləmlə bağlı təklif almadığım üçün bir az kədərliyəm".
Makallisterin "Liverpul"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır. Argentinalı futbolçunun bazar dəyəri 85 milyon avro olaraq qiymətləndirilir. O, 2023-cü ilin yayından Mersisayd təmsilçisindədir.
Mirağa