
UEFA Çempionlar Liqasənən Liqa mərhələsində ilk tura bu gün yekun vurulur.
Fanat.Az xəbər verir ki, raundun son turunda 6 oyun keçiriləcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah"ın səfərdə "Mançester Yunayted"lə qarşılaşdığı gün Türkiyə nəhəngi "Fənərbağça" evdə "Roma"nı qonaq edəcək.
Türkiyəli məşqçi Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" isə Niderlandda PSV ilə üz-üzə gələcək.
Bundan başqa, "Bayern Münhen" "Budyo-Qlimt"i, "Slaviya" "Lans"ı, "Komo" ""Leypsiq"i qəbul edəcək.
Qeyd edək ki, Liqa mərhələsində 2-ci tur oktyabrın 13-14-də baş tutacaq. "Sabah" növbəti oyununu ayın 13-də evdə Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcək. Praqalılarla görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
20:45. Fənərbağça (Türkiyə) - Roma (İtaliya)
20:45. PSV (Niderland) - Şaxtyor Donetsk (Ukrayna)
23:00. Slaviya (Çexiya) – Lans (Fransa)
23:00. Komo (İtaliya) – Leypsiq (Almaniya)
23:00. Bayern Münhen (Almaniya) - Budyo-Qlimt (Norveç)
23:00. Mançester Yunayted (İngiltərə) - Sabah (Azərbaycan)