
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir.
Fanat.Az xəbər verir ki, açılış turunun ikinci günündə daha 6 oyun keçirilib.
Azərbaycan çempionu "Sabah"ın rəqiblərindən olan "Barselona" İspaniyada Niderlandın "Feyenoord" klubunu məğlub edib, "Napoli" isə İngiltərənin "Arsenal" komandasına minimal hesabla uduzub.
Gecənin daha bir mərkəzi oyununda "Liverpul" "Atletiko Madrid" ilə üz-üzə gəlib. "Qırmızılar" əzmkar qələbəyə seviniblər.
Türkiyə çempionu "Qalatasaray" isə "Sportinq"in qonağı olub. "Sarı-qırmızılar" hesabda önə keçsələr də üstünlüyü qorumağı bacarmayıblar.
Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək "Sabah" ilk sınağına sabah - 10 sentyabrda çıxacaq. "Bayquşlar" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
9 sentyabr
Barselona (İspaniya) – Feyenoord (Niderland) 5:1
Ştutqart (Almaniya) – Vikinq (Norveç) 3:1
Liverpul (İngiltərə) – Atletiko Madrid (İspaniya) 2:1
Napoli (İtaliya) – Arsenal (İngiltərə) 0:1
PSJ (Fransa) – Slovan (Slovakiya) 6:1
Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə) 3:1