
"Roma"nın baş məşqçisi Can Pyero Qasperini "Fənərbağça"nı “çox güclü və dəyərli komanda” adlandırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sondakika” yayıb.
Məlumata görə, o bildirib ki, İstanbul təmsilçisinin heyətində çox önəmli futbolçular var və komandanın zaman keçdikcə daha da güclənəcəyini düşünür:
“Klub baxımından ən vacib oyunlardan birini keçirəcəyik. Qarşımızda çox güclü komanda var. “Sarı-lacivərdlilər”in çox önəmli futbolçuları var. Öz xüsusiyyətlərimizdən istifadə edərək rəqibə çətin anlar yaşatmalıyıq. Marko Asensio və Matteo Genduzinin olmamasına baxmayaraq, “Fənərbağça”nı yenə də çox güclü komanda kimi görürük”.
Əlisahib İbrahimli