
"Sportinq"in baş məşqçisi Rui Borjeş Çempionlar Liqasının Liqa mərhələsində "Qalatasaray" üzərində qələbə qazandıqları oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi UEFA-nın mətbuat xidmətinə açıqlamasında oyun barədə belə danışıb:
"Çempionlar Liqasında mövsümə qələbə ilə başlamaq vacib idi. Azarkeşlərin inanılmaz dəstəyi "Qalatasaray" üzərində qələbədə əsas rol oynadı. Rəqib erkən qol vurdu. Bu zaman bir az şanslarının gətirdiyini də bildirim. Ümumilikdə ilk 25 dəqiqə ərzində çətinlik çəkdik, amma sonra oyuna başladıq".
Xatırladaq ki, "Sportinq" Türkiyə çempionu "Qalatasaray"ı 3:1 hesabı ilə məğlub edib. Hesabı 5-ci dəqiqədə "Qalatasaray" açsa da, "Sportinq" Katamu, Suares və Salazarın vurduğu qollarla geridönüş edərək inamlı qələbə qazanıb.
Mirağa