
Azərbaycan 1-ci Liqasında 2-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 3 görüş baş tutub.
"Zaqatala" "Baku Sportinq"i, "Səbail" isə "Mingəçevir"i məğlub edib. Yarım saat gec başlayan oyunda isə "Gəncəbasar" "Nizami yurdu"nda "Xankəndi"dən güclü olub.
Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.
1-ci Liqa
2-ci tur
10 sentyabr
“Zaqatala” – “Baku Sportinq” 3:0
Qollar: İ.Ramazanov, 52. Ə.Heydərov, 61. Ə.Əliyev, 88.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
“Səbail” – “Mingəçevir” 2:1
Qollar: Y.De Vaskonselos Sa, 11. A.Ağazadə, 28. - S.Oqunmola, 61.
Hakimlər: Səbuhi Bayramov, Samir Qaracayev, Məmmədəli Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu.
“Gəncəbasar” – “Xankəndi” 2:1
Qollar: D.Açimi, 52, 82-pen. - M.Musazadə, 36.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Anar Bədəlov, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu.