
Misli Premyer Liqasında 5-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, turun ilk günündə bir matç baş tutacaq.
Açılış oyununda "Neftçi" ilə "İmişli" üz-üzə gələcək. Bölgə təmsilçisi bakılıları Yevlaxda qəbul edəcək. Oyun saat 16:30-da başlayaacaq.
Dörd turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi" səfərdən qalib dönməklə zirvədəki yerini azı bir həftə də qorumağa çalışacaqsa, "İmişli" liderlərdən aralanmamaq istəyindədir.
Misli Premyer Liqası
5-ci tur
11 sentyabr
16:30. “İmişli” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev .
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.
