
Tanınmış kolumbiyalı yarımmüdafiəçi Xames Rodrigesin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin "Atletiko Nasional" klubu ilə müqavilə imzalayıb.
Klubun mətbuat xidməti Rodrigesi transfer etdiyini rəsmən açıqlayıb
35 yaşlı futbolçunun son klubu yayda ayrıldığı "Minnesota" olub. O, 2026-cı ilin fevral ayında qoşulduğu MLS təmsilçisində 8 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha əvvəl Meksikanın "Leon", "Rayo Valyekano", "San Paulo", "Olimpiakos", Qətərin "Ər-Rayyan", "Everton", "Real Madrid", "Bayern Münhen", "Monako", "Portu", "Banfild" və "Enviqado" klublarında oynayıb.
Xames həmçinin Kolumbiya millisində 131 oyunda 31 qol vurub.