
Polşa Ekstraklasında 8-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Motor Lublin"i qəbul edib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Rakuv"un heyətində hər iki qola P.Makuç imza atıb.
Oyuna start heyətdə başlayan Mahir 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu, "Rakuv"un yeni mövsümdə qazandığı ilk qələbə olub.