
Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldu azarkeşlərin “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşə qarşı nümayiş etdirdiyi davranışa münasibətini bildirib.
Fanat.Az xəbər verir ki, Ronaldu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Hilal”a 0:6 hesabı ilə uduzub. Görüş zamanı bəzi azarkeşlər Ruben Neveş topa sahib olduğu anlarda onu təzyiq altında saxlamaq üçün futbolçunun yaxın dostu olan mərhum Dioqo Jotanın adını səsləndiriblər.
Kriştianu azarkeşlərin bu hərəkətini sərt şəkildə qınayıb. O bildirib:
“Liqa bu cür davranışların qarşısını almalı və həmin azarkeşləri cəzalandırmalıdır. Bu, artıq futbol deyil və müəyyən sərhədlər qorunmalıdır. Belə hərəkət edən şəxslərə bir daha heç vaxt stadiona daxil olmağa icazə verilməməlidir”.
Əlisahib İbrahimli