
Misli Premyer Liqasının 5-ci turunda “Zirə” doğma meydanda “Qarabağ” ilə 1:1 hesabı ilə bərabərə qalıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb:
"Olduqca sürətli və keyfiyyətli oyun alındı. Hər iki komanda çempionata yaxşı start götürüb. Azarkeşlərimizə təşəkkür edirəm. “Sabah”a qarşı böyük hesablı məğlubiyyətdən sonra dəstəkləmək çətindir. Lakin onlar bu gün bizlə oldular. Uduza da bilərdik, qalib də gələ bilərdik. Oyunçuların nizam-intizamı kömək oldu. Eren Aydın, Giorge Papunaşvili, Bayere Lauye kimi zədələr bizi sistem dəyişikliyinə sövq etdi. “Turan Tovuz”la oyun bizi gözləyir. Olduqca önəmli matç olacaq".
Onun açıqlamaları belə olub:
-3 ağır oyundan 4 xal qazandınız qarşıdan isə milli fasilə gəlir bu sizi narahat edir?
-Təbii olaraq belə bir narahatlıq var. Milli fasilə bizə necə təsir edəcək dəqiq deyə bilmərik. Düzü belə istəməzdik. “Sabah”a məğlub olduq, lakin komandamız yaxşı oynadı son vuruşlarda çətinlik yaşamışdıq. Performansımızı qoruyub təkmilləşdirməliyik.
-Zədəli futbolçular nə vaxt qayıdacaq? Qapıçı da neçə vaxtdır yoxdur.
-Qapıçımız bərpa müddəti keçir. Braziliyadadır. Qədərimiz budur. 1 il ərzində 4 futbolçunun çiyni çıxıb. Bu hazırlıqsız yox, qismətdir. 20-ci dəqiqədə də Vierinya zədələndi.
-Sizcə, sistemi dəyişməyiniz Qurban Qurbanov üçün gözlənilməz idi və yaxşı matç alındı?
-Ola bilər. Bu cür şeylər bəzən xeyir vermiş olur. Azərbaycan çempionatının keyfiyyətin artırmaq istəyirik.
-Sabah yenidən “Sabah”a qarşı oynasaydınız necə bir dəyişiklik edərdiniz?
-Müəyyən bir dəyişiklik edərdim. Ancaq yenə uğursuzluq ola bilərdi. Futbolda belə hadisələr olur. Joze Mourinyunun bir məsəli var ki, futbolda 5 oyunu 1:0 uduzmaqdansa, 1 matçda 5:0 məğlub olmaq daha yaxşıdır.
-Sizə ən çox “Payde”, yoxsa “Sabah” məğlubiyyəti təsir etdi?
-“Payde”. Mənim üçün “Payde” məğlubiyyəti çox ağır oldu. İnanırdım ki, komanda qruplara, pley-off mərhələsinə hazırdır. Avrokubokda bu cür hadisə yaşamaq mənim üçün böyük dərs oldu.
Əlisahib İbrahimli