
Mövsümə uğursuz başlayan "Valensiya" baş məşqçi Karlos Korbera ilə futbol üzrə baş icraçı direktor Ron Qurleyi istefaya göndərib.
Fanat.Az xəbər verir ki, istefalarla bağlı qərarı klubun mətbuat xidməti açıqlayıb.
Korberanın məşqçilər heyəti - Lisandro İsei, Hans Gillhaus, Andres Zamora və Malek Şafei də klubdan ayrılıb. "Valensiya"nin gənclərdən ibarət kollektivinin çalışdırıcısı Oskar Sançez müvəqqəti olaraq komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
Son turda "Sevilya"ya 0:1 hesabı ilə uduzan "Valensiya" İspaniya klubu La Liqadasında sonuncu yerdədir və beş oyundan bir xal toplayıb. Komanda son dörd matçda məğlub olub.
Karlos Korberanın 2024-cü ilin dekabr ayından çalışdırdığı "Valensiya" ötən mövsüm La Liqada doqquzuncu yeri tutub. "Yarasalar"ın növbəti oyunu çərşənbə axşamı "Deportivo"ya qarşı olacaq.