
Misli Premyer Liqasının 5-ci turunda "Şəfa"nın qonağı olacaq "Sabah"ın heyətlə bağlı son vəziyyəti bəlli olub.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Xəyal Əliyev, Stiv Solvet və Ksander Severina komandaya kömək edə bilməyəcək".
Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması bu gün - sentyabrın 14-də keçiriləcək. Sumqayıtda baş tutacaq görüş saat 19:00-da başlayacaq. Bir oyun az keçirən və əvvəlki 3 matçda maksimum xal toplayan "bayquşlar" turnir cədvəlinin 4-cü pilləsində mövqe tutubsa, debütant 3 xalla 10-cü yerdədir.
Mirağa