
"Neftçi" ilə yollarını ayıran Elvin Camalovun yeni klubu müəyyənləşir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi karyerasını "Sumqayıt"da davam etdirməyə yaxındır.
Azad agent statusu daşıyan təcrübəli futbolçunun keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin yanvarından "ağ-qaralar"ın şərəfini qoruyan Camalov bu müddətdə 29 rəsmi oyuna çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kamil Xudiyev