
“Mançester Yunayted” – “Mançester Siti” derbisində Erlinq Holandın mübahisəli qolu ilə bağlı ölçü götürülüb.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Guardian” yayıb.
Məlumata görə, görüşdə VAR hakimi Matt Donohue və onun köməkçisi Blake Antrobus növbəti Premyer Liqa turunda oyunlara təyin edilməyib.
Pro Ref qurumu Holandın qolunun təsdiqlənməsində səhvə yol verildiyini etiraf edib. Bildirilir ki, VAR komandası “Mançester Siti” futbolçusunun ofsayd vəziyyətinə və onun epizoda təsirinə lazımi diqqət yetirməyib.
Qərardan sonra hakimlərin növbəti turda işə cəlb olunmaması onların cəzalandırılması kimi qiymətləndirilir.
Əlisahib İbrahimli