
Azərbaycan Premyer Liqası üzrə "APL Fantasy"-də 5-ci turun qalibi müəyyənləşib.
"Fanat.Az Liqası"-nın növbəti qalibi artıq bir dəfə mükafata sahib çıxan Ayəddin Abdullayev (qeydiyatdan Ələskərli soyadı ilə keçib) olub.
Azərbaycan Premyer Liqasının oyunları üçün özünün komandasını ("Ayeddin PFK") formalaşdıran və ilk turda hamını qabaqlayan Ayəddin bəy bu dəfə 72 xal toplayaraq 600-ə yaxın iştirakçının yer aldığı liqamızda 1-ci yeri tutub.

Beləliklə, o, Fanat.Az tərəfindən həftənin qalibi üçün nəzərdə tutulan 50 AZN pul mükafatına sahiblənib.
Xatırladaq ki, qalibimiz Abdullayev Ayəddin Rza oğlu Saatlı rayonu Qaracalar kənd sakinidir. 30 yaşı var, təlimçi-müəllimdir, repetitorluq fəaliyyəti ilə məşğul olur.
"APL Fantasy" iştirakçılarına Azərbaycan Premyer Liqasının real futbolçularından virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq.
"APL Fantasy" platformasına qoşularaq özünün virtual "Fanat.Az Liqası"nı yaradan Fanat.Az saytı iştirakçılara hər tur qalib olmaq və pul qazanmaq imkanı yaradır. Yəni ilk turda virtual oyunda iştirak edə bilməyən və bu üzdən mövsümün qalibi olmaq yolunda şansını azaldan varsa da, üzülməyə dəyməz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Hər həftə qalib olacaq iştirakçı bizdən 50 manat mükafat qazanacaq.
Həftəsonu Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək. Virtual futbol həvəskarı olan, ancaq hələ də yarışdan uzaq qalanları "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir.
Dəyərli iştirakçılara hər tur ərəfəsində Premyer Liqa komandalarının itkiləri - zədəli və cəzalıları, yeni transferləri və digər zəruri məlumatları "Telegram" kanalı vasitəsilə çatdıracağıq ki, heyət formalaşdırarkən bu kimi bilgilərdən faydalana, qalib olmaq şanslarını artıra bilsinlər.
