
Kolumbiyalı ulduz futbolçu Xames Rodriges 35 yaşında milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, qərarını sentyabrın 15-də sosial şəbəkələrdə yayımladığı duyğusal video ilə elan edib.
Rodriges bildirib ki, uzun illər, çoxsaylı oyunlar, sevinclər və çətin anlardan sonra Kolumbiya millisindəki yolunu başa çatdırmağın vaxtı gəlib. O, milli komandanın formasını geyinməyi həyatının ən böyük şərəflərindən biri adlandırıb və Kolumbiyaya təşəkkür edib.
35 yaşlı futbolçu 2011-ci ildə Kolumbiya millisində debüt edib və komandanın heyətində 131 oyun keçirərək 31 dəfə fərqlənib. O, milli komandanın tarixində ən çox oyun keçirən futbolçu və ən çox qol vuranlar arasında ikinci yerdədir.
Əlisahib İbrahimli