
“Barselona” Harri Keyn və Erlinq Holandı transfer siyahısına alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi hücumçu mövqeyinə əsas namizəd kimi “Atletiko Madrid”in futbolçusu Xulian Alvaresi görür. Keyn və Holand isə argentinalı hücumçunun transferi baş tutmayacağı təqdirdə alternativ variantlar hesab olunur.
“Barselona”nın ingiltərəli forvardın müqavilə vəziyyətini yaxından izlədiyi bildirilir. Oyunun “Bavariya” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Bununla belə, alman klubunun futbolçu ilə yeni müqavilə imzalamaq istədiyi qeyd olunur.
Erlinq Holand da Kataloniya klubunun diqqətində olan futbolçular sırasındadır. Norveçli hücumçu hazırda “Mançester Siti”nin formasını geyinir və son günlərdə "Real Madrid"də oyunçunu öz hədəfinə alıb.
Əlisahib İbrahimli