Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

"Mançester Yunayted"in 15 yaşlı oyunçusu Junior Qabriel komandadan ayrılmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.

Gənc futbolçu artıq klub rəhbərliyinə kollektivlə vidalaşmaq istədiyini bildirib.

Mənbənin məlumatına görə, Qabrielin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. İngiltərə nəhəngi 15 yaşlı istedadını komandada saxlamağa çalışır.

Qabrielə Avropanın bir sıra nəhəng klublarından maraq var. Onun xidmətində “Barselona”, “Real Madrid”, “Çelsi”, “Arsenal” və “Mançester Siti”nin istəkli olduğu qeyd edilir.

Qabriel “Mançester Yunayted” akademiyasının ən perspektivli futbolçularından biri hesab olunur. Onun gələcəyi ilə bağlı qərarın qarşıdakı dövrdə veriləcəyi gözlənilir.

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər