
Misli Premyer Liqasının 6-cı turunda doğma meydanda "Neftçi"ni qonaq edəcək "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyətə aydınlıq gəlib.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Hazırda "Qəbələ"də zədəli və ya cəzalı futbolçu yoxdur. Başqa sözlə, komanda bakılılarla matça tam heyətlə hazırlaşır.
Bölgə təmsilçisi "Neftçi" ilə matç ərəfəsində yeni baş məşqçiyə tapşırılıb. “Qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə anlaşıb. O, yeni klubunda turdan sonra - sentyabrın 20-dən fəaliyyətə başlayacaq. Bununla belə, hazırda Qəbələdə olan mütəxəssisin tapşırıqlarını tribunadan verəcəyi dəqiqdir. Bundan sonra isə milli komandanın oyunlarına görə çempionatda fasilə yaranacaq ki, Bekirinin "qırmızı-qaralar"ı iki həftə hazırlaşdırmaq imkanı olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü sentyabrın 18-də reallaşacaq. Matçın start fiti 17:30-da səsləndiriləcək.
Mirağa